Nəcməddin Sadıqovun qaynı ilə İsfəndiyar Axundovdan maddi ziyan tələb edir - TƏFƏRRÜAT
Müdafiə nazirinin keçmiş birinci müavini Nəcməddin Sadıqovun qaynı Gərəyxan Gərəyxanov "Şərur" Mənzil-Tikinti Kooperativindən (MTK) maddi ziyan tələb edir.
Qaynarinfo-nun məlumatına görə, o, bununla bağlı Nərimanov Rayon Məhkəməsində iddia qaldırıb. Gərəyxan Gərəyxanovun iddiasına hakim Aytən Novruzovanın sədrliyi ilə baxılacaq.
"Şərur" MTK-nın sahibi tikinti maqnatı İsfəndiyar Axundovdur (Şərurlu İsfəndiyar). Gərəyxan Gərəyxanovla şirkət arasındakı problemə İsfəndiyar Axundovun ona məxsus evi girov qoyması səbəb olub.
Elmir Məhərrəmov adlı şəxs 2012-ci ildə İsfəndiyar Axundovun şirkətin 26 520 manat dəyərində şifer verib. İsfəndiyar Axundov bunun müqabilində "Şərur" MTK-nın mənzillərindən birini girov qoyub. Bildirib ki, pul ödəniləndə evi geri alacaq.
Elmir Məhərrəmov sonradan bilib ki, girov qoyulan ev Gərayxan Gərayxanova məxsusdur.
Yeni məlumatlara görə, Nəcməddin Sadıqovun qaynının "Şərur" MTK-dan maddi ziyan tələb etməsi evin sənədlərini geri almaq müqabilində Elmir Məhərrəmovun borcunu bağlaması ilə əlaqədardır.