"Hər şey yaxşı olacaq" deyən Hökumənin atası DANIŞDI - VİDEO
Qazaxıstanda qəzaya uğrayan AZAL-a məxsus təyyarədə 5 ekipaj üzvü olub. AzerTaym.az xəbər verir ki, onlardan biri qəzadan əvvəl sərnişinləri sakitləşdirməyə çalışan və "Hər şey yaxşı olacaq" deyən stüardessa - 1991-ci il təvəllüdlü Hökumə Əliyevadır. O, BDU-nun Hüquq fakültəsinin magistratura pilləsini bitirib, ailəlidir, övladı yoxdur. 2016-cı ildən stüardessa kimi çalışır. Gəncə şəhər sakini olan Hökumənin adı sağ qalanlar arasında qeydə alınmayıb. Atası onun vəfat etdiyini bildirib.