ƏHƏD ABIYEV BİNƏQƏDİYƏ BAŞÇI TƏYİN OLUNUR

Image result for əhəd abıyev

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev Bakının Binəqədi rayonuna icra başçısı təyin olunur. 

Bu barədə "AzerTaym.az"-a mötəbər mənbədən məlumat daxil olub. 
Məlumata görə, ötən həftə ölkə prezidentinin sərəncamı ilə Binəqədi rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunan Xaləddin İsgəndərovun yerinə ən layiqli namizəd kimi Əhəd Abıyevin adı hallanır. 
Mənbə bildirirb ki, Əhəd Abıyevin indiyədək Daşkəsəndə gördüyü işlər və fəaliyyətində korrupsiya hallarının qeydə alınmaması onun üçün müsbət imic yaradıb. Bu səbəbdən də Binəqədidə mövcud olan problemlərin tezliklə həll olunması üçün Əhəd Abıyevin bu rayona başçı təyin olunması zərurəti yaradıb. 
Image result for əhəd abıyev






Fikirlər