Vergilər Nazirliyinin müşavir qardaşları - FOTO
Vergilər Nazirliyinin Aparatında çalışan yüksək vəzifəli məmurlar sırasında qardaşlar da var. Modern.az-ın nazirlikdən əldə etdiyi məlumata görə, Vergilər Nazirliyinin Aparatının rəhbəri Ağasəməd Əfəndiyev və vergilər nazirinin müşaviri Rahim Əfəndiyev bu qurumda yüksək post tutan qardaşlardır. 2002–2003-cü illərdə Bakı şəhər Baş Vergilər İdarəsinin Audit idarəsinin Fiziki şəxslərin auditi şöbəsinin dövlət vergi müfəttişi vəzifəsində çalışıb. 2003-2004-cü 4 saylı Ərazi Vergilər İdarəsinin, 2004-2008-ci illərdə 2 saylı Ərazi Vergilər İdarəsinin rəisi vəzifəsində işləyib. 2008-2011-ci illərdə Bakı şəhər Vergilər Departamentində müxtəlif vəzifələr tutub.
Əslən Şamaxı rayonundan olan Əfəndiyevlər uzun müddətdir Vergilər Nazirliyinin Aparatında çalışırlar.
Vergi xidməti müşaviri Ağasəməd Veyis oğlu Əfəndiyev 1985-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini, 1995-ci ildə isə Qərb Universitetinin inzibati işgüzarlıq fakültəsini bitirib.
2015-2016-cı illərdə Vergilər Nazirliyinin Daxili təhlükəsizlik baş idarəsinin və İnsan resursları idarəsinin rəisinin 1-ci müavini vəzifələrində çalışıb.
2016-cı ilin may ayından Vergilər Nazirliyinin Aparatının rəhbəri vəzifəsində çalışır.
Baş vergi xidməti müşaviri Rahim Veyis oğlu Əfəndiyev 1981-ci ildə Bakı Dövlət Universitetini, 2002-ci ildə isə Azərbaycan Dövlət İqtisad Universitetini bitirib.
2012-ci ildən vergilər nazirinin müşaviri vəzifəsində çalışır.