Xəbər verdiyimiz kimi Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənovun əmri ilə qurumun nəzdində fəaliyyət göstərən Təcrübə-Sınaq Mərkəzi (AzTEST) ləğv edilib.
Sözügedən qurumun direktoru Mahmut Qubatov olub.
O, 2012-2013-cü illərdə Qaradağ Rayon İcra Hakimiyyətində İcra başçısının müavini vəzifəsində çalışıb. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Sədrinin 15 noyabr 2013-cü il 084 saylı Əmri ilə Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) direktoru vəzifəsinə təyin edilib(unikal.org).
Mahmud Kamal oğlu Qubatov həmçinin 1991-2000-ci illərdə Bakı şəhəri üzrə Dövlət Vergi Müfəttişliyində dövlət vergi müfəttişi, böyük dövlət vergi müfəttişi vəzifələrində çalışıb.
2000-2003-cü illərdə Azərbaycan Respublikası Baş Dövlət Vergi Müfəttişliyində şöbə rəisi olub. 2004-2009-cu illərdə Bakı şəhəri Vergilər Departamentində şöbə rəisi, 2009-2010-cu illərdə Vergilər Nazirliyində şöbə müdiri, 2010-2011-ci illərdə Bakı şəhəri Vergilər Departamentində şöbə rəisi və idarə rəisi vəzifələrində çalışıb.AzerTaym.az