Milli Məclisdə BÜDCƏ MÜZAKİRƏLƏRİ başlayır
Bu gündən - noybarın 21-dən 2018-ci il üzrə Azərbaycanın dövlət və icmal büdcəsinin layihələri Milli Məclisin plenar iclaslarında müzakirəyə çıxarılacaq. Modern.az-ın məlumatına görə, büdcə müzakirələri ilə bağlı parlamentin plenar iclasları 3 gün davam edəcək. Noyabrın 21, 22, 23-də 2018-ci il üzrə Azərbaycanın dövlət və icmal büdcəsinin layihələri hökumət nümayəndələri ilə birlikdə Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq. 3 gün davam edəcək iclaslarda Milli Məclisin gündəliyinə aşağıdakı 7 məsələ daxil ediləcək: 1. "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə 2. "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə 3. "İşsizlikdən sığorta fondunun 2018-ci il büdcəsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə 4. "Azərbaycan Respublikasında 2018-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə 5. "Azərbaycan Respublikasında 2018-ci il üçün ehtiyac meyarının həddi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə 6. Azərbaycan Respublikası Milli Məclisin 2018-ci il üçün xərclər smetası haqqında 7. Azərbaycan Respublikası Hesablama Palatasının 2017-ci il üçün xərclər smetası haqqında.
Baş nazir Artur Rasizadənin də sabahkı iclasa qatılacağı gözlənilir.