Ötən gün baş verən qəzaların sayı AÇIQLANDI: 2 nəfər ÖLÜB

Ötən sutka ərzində respublikanın avtomobil yollarında 9 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Qəzalar nəticəsində 2 nəfər həlak olub,13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb”.

Bu haqda Modern.az-a Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Kamran Əliyev məlumat verib. 
K.Əliyevin sözlərinə görə, ölümlə nəticələnən hadisələrin hər ikisi paytaxtda qeydə alınıb:

“Piyadaların ölümü ilə nəticələnən qəzaların hər ikisi Bakı şəhərinin Nizami rayonunda baş verib”.

Şöbə rəisi qarlı-şaxtalı hava şəraiti ilə əlaqədar olaraq sürücüləri və piyadaları diqqətli olmağa çağırıb.

 






Fikirlər