Yol polisi :- Yollarda vəziyyət normallaşıb

Yol polisi :- Yollarda vəziyyət normallaşıbRespublikanın avtomobil yollarında vəziyyət normallaşıb.

Azertaym.az
xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polis İdarəsinin (BDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev məlumat verib.

Onun sözlərinə görə, ötən gün respublika ərazində 9 yol-nəqliyyat hadisəsi baş verib ki, nəticədə 5 nəfər ölüb, 8 nəfər yaralanıb.

K.Əliyev qeyd edib ki, baş verən yol qəzalarının 3-ü paytaxtda qeydə alınıb:

“Paytaxt ərazisində olan qəzaların hamısı piyada vurma ilə nəticələnib. Baş verən qəzalarda iki piyada ölüb, biri yaralanıb. Piyadalara yolu keçərkən müəyyən olunmuş yerlərdən, yeraltı piyada keçidlərindən keçməyi tövsiyə olunur”.






Fikirlər