01.09.2014- Avtoşların “Beşmərtəbə” şousu – (Video)

01.09.2014- Avtoşların “Beşmərtəbə” şousu – (Video)Avtoxuliqanların ən sevimli məkanlarından biri olan «Beşmərtəbə» dairəsində daha bir hadisə baş verib.

Görüntülər «Təhlükəsiz şəhər» Mərkəzinin kameralarına həkk olunub.

Avtosfer.az xəbər verir ki, bu dəfə 3 «avtoş» «Beşmərtəbə»də öz məharətini göstərir.

Onlar Daxili İşlər Nazirliyinin qarşısından, yəni Hüsü Hacıyev küçəsindən yüksək sürətlə hərəkət edərək «Beşmərtəbə» dairəsinə daxil olurlar. Lakin hər üç maşın dairəni fırlanmadan düzünə hərəkət edib təhlükə yaradırlar. Əvvəlcə iki «07» bir-biri ilə ötüşür və dairəyə daxil olarkən düzünə hərəkət etmək istəyirlər.

Bu zaman «07»lərdən biri idarəetməni itirərək yuxarıdan «Beşmərtə» dairəsinə daxil olan «Opel» markalı avtomobili vurur. Bununla kifayətlənməyən «07»nin sürücüsü maşını geriyə hərəkət etdirib hadisə yerindən qaçır. Digər «avtoş» da onun arxasınca hərəkət edir. Az sonra onların arxasınca daha bir «avtoş»un gəldiyi görünür. «Lada Priora» markalı bu avtomobil də özündən əvvəlkilərin hərəkətlərini təkrarlayaraq kobud qayda pozuntusuna yol verməklə aradan çıxır. Amma dediyimiz kimi, bu görüntülər Daxili İşlər Nazirliyinin «Təhlükəsiz şəhər» Mərkəzinin kameralarına həkk olunub.

Artıq hər üç «avtoş» yol polisi tərəfindən aşkarlanaraq barələrində tədbir görülüb.







Fikirlər