"”Formula-1” marşrutu üzrə asfalt örtüyü dəyişdiriləcək” – Azad Rəhimov

 

map_formula1_160612_2“Formula-1” Avropa Qran-pri yarışları ilə bağlı işlər qrafikə uyğun olaraq davam etdirilir, tenderlər keçirilir”.
Bu sözləri jurnalistlərə müsahibəsində gənclər və idman naziri Azad Rəhimov deyib.
Nazir bildirib ki, gələn il Bakıda keçiriləcək “Formula-1” Avropa Qran-pri yarışlarında əsas məsələlərdən biri yolların bağlanması olacaq. Digər tərəfdən, “Formula-1” rəhbərliyinin tələbinə və dünya startlarına əsasən, asfalt örtüyü 6-8 santimetr qalınlığında olmalıdır. Bu, yarışlarda iştirak edəcək avtomobillərin sürəti ilə əlaqədardır. Bu öhdəliyin yerinə yetirilməsi zamanı yol kənarındakı bəzi işıq dirəklərinin yerləri dəyişdiriləcək.
A.Rəhimov deyib ki, 2017-ci ildə ölkəmizdə keçiriləcək IV İslam Həmrəylik Oyunlarının proqramına daxil olan həndbol idmanını ölkəmizdə inkişafı etdirmək üçün ilk növbədə regionlardakı Olimpiya İdman komplekslərində müvafiq bölmələr açılmalıdır. Həmin bölmələrə Azərbaycan Həndbol Federasiyası tərəfindən məşqçilər göndərilməlidir. Uşaqlarımız idmanın bu növünə maraq göstərirlər. Onlar üçün seleksiyalar tam sərbəstdir. Azərbaycanın həndbol üzrə milli komandası var. Hazırda federasiya ilə birgə məqsədimiz komandanı yüksək səviyyədə hazırlamaqdır.






Fikirlər