BAKIDA 2 KÜÇƏ və 1 PROSPEKTDƏ HƏRƏKƏT MƏHDUDLAŞDIRILIR
Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə, Nərimanov rayonu Həsənoğlu və Fətəli xan Xoyski küçələrində, üfüqi nişanlanma xətlərinin rənglənməsi ilə əlaqədar olaraq 19 aprel 2018-ci il tarixində adı çəkilən ünvanlarda axşam saat 22:00-dan etibarən hərəkət qismən məhdudlaşdırılacaq. Avtomobil Yolları Dövlət Agentliyindən Modern.az-a verilən məlumata görə, qismən məhdudlaşma səhər saatlarınadək qüvvədə olacaq. Sürücülərdən qeyd olunan tarixlərdə alternativ yollardan istifadə etmələrinə üstünlük vermələri tövsiyə olunur və sözügedən ünvanlarda hərəkətdə olarkən diqqətli olmaları, ərazidə yerləşdiriləcək müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.