Tanınmış iş adamının övladı Prezident təqaüdü alacaq - FOTO

1501397808_azerin3-300x225

2017/2018-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında” 2001-ci il 3 sentyabr tarixli 564 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

1. 2017/2018-ci tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş aşağıdakı tələbələrə Prezident təqaüdü verilsin.

Adıçəkilən siyahıda tanınmış iş adamı, “Xəmsə” MMC-nin sahibi Mürvət Həsənlinin qızı Azərinin də adı var.

Cari ildə keçirilən qəbul imtahanında 3-cü ixtisas qrupu üzrə 695 bal toplayan Azərin Həsənli Bakı Dövlət Universitetinin Hüquq fakultəsinə qəbul olub. Onu da qeyd edək ki, Prezident Təqaüdçüsü olan Azərin 2006-cı ildə başladığı təhsil yolunda iki məktəbin qapısını açıb. İbtidai təhsilini 129 saylı məktəbdə alan Azərin 62 saylı litseydən məzun olub. Azərin təhsil aldığı hər iki məktəbdə keçirilən bütün elm yarışmalarında və tədbirlərdə aktivliyilə seçilib. Dəfələrlə olimpiadalarda iştirak edib və qalib kimi mükafatlara layiq görülüb. Təbrik edirik!

 






Fikirlər