ŞƏHİD QIZINDAN OĞRUYA MƏKTUB — VİDEO

Şəhid qızından oğruya məktub

İkinci Fəxri Xiyabanda Aprel şəhidi mayor Urfan Vəlizadənin qəbrinin yanına çatanda şəhidin qızı Zəhranın anasına dediyi ilk sözlər belə oldu: “Nə əcəbsə, gülləri oğurlamayıblar”.

Real TV bildirir ki, Zəhra ona görə təəccüblənmişdi ki, hər dəfə ailəsi ilə qəbri ziyarət etməyə gələndə güllərin oğurlandığını görürdü. Son oğurluq hadisəsindən sonra Zəhranın balaca ürəyi buna dözməyib və oğruya məktub yazıb.

Məktubu ilk görən şəhidin həyat yoldaşı Könül Vəlizadə olub. O deyir ki, qızının oğruya yazdığı sözləri oxuyanda bir anlıq şok vəziyyətinə düşüb.

Şəhidin digər qızı 3 yaşlı Bətülün əslində nələrin baş verdiyindən xəbəri yoxdur, hələ başa düşmür. Özü üçün oynayır, gülür, yağan yağış damlalarını balaca əlləri ilə tutmağa çalışır. Zəhra isə bacısının da yerinə oğruya demək istədiyi sözləri dedi.
İkinci Fəxri Xiyabanda olan mollalar da dəfələrlə oğurluq hadisənin olduğunu, onların hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən tutulduğunu bildirdilər.

Könül Vəlizadə baş vermiş hadisə ilə əlaqədar Yasamal rayonu 28-ci polis bölməsinə müraciət edib. Polis əməkdaşları hadisə yerinə baxış keçiriblər. Faktla bağlı araşdırmalara başlanılıb.






Fikirlər

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi