“Məqsəd Türkiyə-Rusiya müharibəsidir” – ŞOK PLAN

İŞİD terror qruplaşması son həftələrdə Türkiyəyə qarşı hücumlarını artırıb. Suriyada nəzarət etdiyi bölgələrdən Kilis vilayətini raketlərlə vuran təşkilat son olaraq Qaziantepdə iki polisin şəhid olması ilə nəticələnən terror aktı törədib.

 

İllərdir Türkiyə sərhədində varlığını davam etdirən təşkilat niyə indi Kilis və Qaziantepi hədəf alır? İŞİD-in Türkiyəyə qarşı artan hücumlarının arxasında nə dayanır?

 

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Sakarya Universiteti Yaxın Şərq Araşdırma Mərkəzinin dosenti Murad Yeşiltaş İŞİD-in hücumlarını şərh edib.

 

Murad Yeşiltaş İŞİD-in artan hücumlarının iki səbəbini göstərib: “Birincisi, Türkiyəni birbaşa döyüş meydanına çəkmək istəyirlər. Bu isə yeni bir Türkiyə-Rusiya böhranını yaradar. Çünki Rusiya qəti şəkildə buna qarşı çıxacaq. Digər tərəfdən PYD məsələsinə görə Vaşinqton ilə əlaqələr daha da gərginləşə bilər. Çünki Türkiyə Suriyada PYD ilə də qarşılaşacaq. Bundan başqa, İŞİD-in öz strategiyasından da danışa bilərik. Təşkilat İncirlik bazasından qalxan təyyarələrin endirdiyi zərbələr nəticəsində ciddi itkilərə məruz qalıb. İŞİD bu hücumları ilə Türkiyədə daxili təzyiq yaratmaq və koalisiyadakı qüvvələr arasında parçalanma yaratmaq istəyir”.






Fikirlər