Frankfurt hava limanında QƏZA: 15 yaralı

Almaniyanın Frankfurt şəhərində hava limanında sərnişin avtobusunun iştirakı ilə yol qəzası baş verib.

Milli.Az xəbər verir ki, bu barədə Trend "RİA Novosti"yə istinadən məlumat verir.

Qəza nəticəsində 15 nəfər xəsarət alıb. Onlardan 3-nün vəziyyəti ağır olaraq dəyərləndirilir.

Məlumata görə, İspaniyadan gəlmiş sərnişinləri aparan avtobus uçuş zolağında digər nəqliyyat vasitəsi ilə toqquşub.

 






Fikirlər