Ərdoğan: “Buradan meydan OXUYURAM…”

Image result for Ərdoğan: “Buradan meydan oxuyuram…”

Daha öncə də demişdim, artıq bu ölkədə edilənlərin cavabını verəcəyik. Hüquq dövləti sərhədləri çərçivəsində hər kəs cavab verəcək.

Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Əmək və Sosial Müdafiə Nazirliyi nəzdində yeni binaların açılış mərasimdə çıxış edərkən deyib.
Onun sözlərinə görə, 2013-cü ildən bəri baş verən hadisələr Türkiyənin istiqlal mübarizəsi apardığını göstərir:
“Bu dəfə düşmənimiz öz adı və əsgərləri ilə qarşımıza çıxmır. Onlar bizə istifadə etdikləri terrorçularun simasında hücum edir. PKK, İŞİD, FETÖ, YPG, DHKP-C və digərləri eyni ssenarinin oyunçularıdır. Bir-birindən fərqlənmirlər. Bütün terror təşkilatlarının yalnız bir hədəfi var: Türkiyənin önünü kəsmək, ayağından çəkmək, 2023-cü il hədəflərinə çatmasını əngəlləmək. Edə bilməyəcəklər.
Mən açıq-aşkar meydan oxuyuram: bütü terror təşkilatları, əlinizdən gələni edin. Suriya sərhədlərimizdə terror bölgəsi qurmaq həvəslərini necə qursaqlarında saxladıq, bölgədə aparılan oyunları da elə yerlə yeksan edəcəyik”.
AzerTaym.az

 

 






Fikirlər