Rusiyada metroda partlayış, yaralılar var - FOTOLAR

Rusiyada metroda partlayış, yaralılar var

Rusiyanın Sank-Peterburq şəhərində metroda partlayış baş verib.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, hadisə yerindən çəkilən fotoları şahidlər sosial şəbəkələrdə yerləşdiriblər. Fotolarda yaralıların olduğu görünsə də, hadisənin baş vermə səbəbi və ölənlərlə bağlı hələ ki, məlumat yoxdur. 

Metropolitenin açıqlamasına görə, hadisəyə səbəb vaqonlardan birində naməlum predmetin partlaması olub. 

***

Sank-Peterburq metrosunun yeddi stansiyası baş verən faciə ilə əlaqədar bağlanıb. Partlayışda azı 10 nəfərin yaralandığı bildirilir. 

 







Fikirlər