Yaponiyada ölənlərin sayı 222-yə ÇATDI

Yaponiyada ölənlərin sayı 222-yə çatdı

Yaponiyada leysan yağışlarının səbəb olduğu torpaq sürüşmələri və daşqınlar nəticəsində ölənlərin sayı 222 nəfərə çatıb.

Publika.az xəbər verir ki, bu haqda “Kiodo” agentliyi bildirib.

Agentliyin məlumatına görə, 20 nəfər itkin hesab olunur, baxmayaraq ki, təbii fəlakətdən 10 gündən də çox vaxt keçib.

Əvvəlki kimi müvəqqəti saxlama düşərgələrində təxminən 4 min insan qalır. Zərərçəkən rayonlarda mağazalar işləmir, su kəmərlərinin işi pozulub.

Qeyd edək ki, iyulun birinci həftəsində leysan yağışları Yaponiyanın cənubi-qərb və mərkəzi hissəsində daşqınlara və torpaq sürüşmələrinə gətirib çıxarıb.






Fikirlər