Katerdəki partlayışda prezident xanımı yaralanıb

 

“Katerdəki partlayışda prezident xanımı yaralanıb

 

Xəbər verdiyimiz kimi, Maldiv adalarının dövlət başçısı Yamin Əbdül Gayyumun gəmisində partlayış baş verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, prezidentin mətbuat xidməti yaralananlar barədə məlumat yayıb. 
Qeyd olunur ki, partlayış zamanı 59 yaşlı Gayyumun həyat yoldaşı Fatma İbrahim ilə iki köməkçisi yaralanıb.

Partlayış iki mərtəbəli gəminin mühərriki olduğu otaqda meydana gəldiyi məlum olub.

Qeyd edək ki, hadisə bu gün səhər saatlarında baş verib. Prezident Abdulla Yemin Səudiyyə Ərəbistanında həcc ziyarətini başa vuraraq geri qayıdan zaman meydana gəlib.






Fikirlər