Zelenski Donbasdakı cəbhə bölgəsini ziyarət etdi

Zelenski Donbasdakı cəbhə bölgəsini ziyarət etdi

Ukrayna Prezidenti Vladimir Zelenski Donetsk bölgəsinə işgüzar səfəri zamanı birləşmiş qüvvələrin əməliyyatı zonasındakı cəbhə bölgəsini ziyarət edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Aparatının Mətbuat xidməti məlumat verib.

Dövlət başçısı təmas xəttindən bir neçə yüz metr məsafədəki əməliyyat vəziyyəti ilə tanış olub və hərbçilərlə söhbət edib.

“Zabitlərin ön cəbhədə olması vacibdir. Silahlı Qüvvələrin Ali Baş Komandanı Ruslan Xomçakla yüksək zabitlərin rotasiyası və onların ön cəbhədə olan oğlan və qızlarımızı mütəmadi ziyarət etmələri üçün danışdıq”,-deyə Zelenski qeyd edib.

Vladimir Zelenski hərbçilərə dövlət mükafatları və qiymətli hədiyyələr təqdim edib.






Fikirlər