Zelenski Putinə zəng etdi

Ukrayna Prezidenti Vladimir Zelenski Donbasda baş verən gərginliklə bağlı bu gün rusiyalı həmkarı Vladimir Putinə zəng vurub.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, Zelenski bu barədə jurnalistlər keçirdiyi brifinqdə deyib.

Bu səhər mən ... Rusiya Prezidenti Vladimir Putinlə bu barədə danışdım. Təcili olaraq ona zəng etdim və dedim ki, bu atəş bizi sülhə yaxınlaşdırmır. Xahiş edirəm qarşı tərəfə təsir edəsiniz ki, bizim adamları öldürməyi dayandırsınlar”, - deyə V.Zelenski vurğulayıb.

Onun sözlərinə görə, Putinlə söhbət çox uzun çəkib.

Yeri gəlmişkən, bu, iki ölkə liderləri arasında ikinci telefon danışığıdır. Zelenski ilə Putin arasında ilk telefon söhbəti iyulun 11-də olmuşdu. Onda da söhbətin mövzusu Donbasdakı münaqişənin nizamlanması idi...

Xatırladaq ki, Vladimir Zelenski Donbasda baş verən atışmalar səbəbindən güc strukturlarının rəhbərləri ilə iclas keçirib.

Prezidentin ofisində keçirilən iclasda Ukrayna Baş Qərargahının rəhbəri Ruslan Xomçak, Ukrayna Silahlı Qüvvələrinin əsas birləşmələrinin rəhbərləri və Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Danilyuk iştirak ediblər.

Onu da qeyd edək ki, “Unian”ın məlumatına görə, Donbas separatçılarının Pavlopol rayonunu atəşə tutması nəticəsində 4 Ukrayna hərbçisi həlak olub.






Fikirlər