Türkiyədə koronavirusla bağlı son STATİSTİKA
Türkiyədə son 24 saat ərzində 101 105 nəfərdə COVID-19 testi keçirilib. Yenicag.az xəbər verir ki, ölkədə günlük yoluxma sayı 6 546 nəfər təşkil edib. 77 nəfər isə koronavirus səbəbindən vəfat edib. Bununla yanaşı, indiyədək Türkiyədə ölümcül virusdan sağalanların ümumi sayının 2 523 760 nəfərə çatdığı bildirilib. Hazırda ölkə xəstəxanalarında 1185 nəfər ağır COVID-19 xəstəsi müalicə alır.