İsraildə Azərbaycan vətəndaşı həlak oldu ...
İsraildə HƏMAS-ın hücumları nəticəsində 1 Azərbaycan vətəndaşı həlak olub.
AzerTaym.az bildirir ki, bunu "Report"a Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə deyib.
O bildirib ki, həlak olanlar arasında 3 Azərbaycan yəhudi əsilli şəxs də var.
A.Hacızadənin sözlərinə görə, Azərbaycanın İsraildəki səfirliyi təhlükəsizlik qaydalarına riayət etməklə işini davam etdirir.