"ÖİÜMÜNDƏN BİR GÜN ƏVVƏL qonağım idi" - ƏRDOGAN ÖLƏN milyarderdən danışdı

 

Türkiyə prezidenti Ərdoğan deyib ki, vəfat edən milyarder Mustafa Koç ölümündən bir gün əvvəl onunla görüşüb, zarafatlaşıbmış.

Azərtaym.az Avropa.info-a istinadən xəbər verir ki, Ərdoğan M.Koçun ölümü ilə bağlı jurnalistin sualına cavab verib.
 
Jurnalistin "Mustafa Koçun ölümü barədə nə deyəcəksiniz?" sualına Ərdoğan belə cavab verib:“Qısmətdən qaçmaq olmaz. Mustafa bəy və Əli bəy mənim qonağım idi. Zarafat etdik. Arıqlamasından danışdıq. İçkini azaldıb-azaltmamağını soruşdum. Dedi ki, azaltmışam. Səhər tezdən xəbəri görüncə, şok oldum. O dəqiqə Əli bəyə zəng etdim. Rahmi bəylə də görüşdüm. Allahdan rəhmət diləyirəm. Türk sənayesində 13 il ərzində çox vacib sıçrayışa nail olublar”.






Fikirlər