Ərdoğan Putinə meydan oxudu: `Yaxşı etmişik...`

 

Font ölçüsü : - / +

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya sərhədində vurulan təyyarə ilə bağlı Rusiya tərəfinin ittihamlarına cavab verib.

 

AzVision.az türk mətbuatına istinadən xəbər verir ki, Ərdoğan Türkiyənin öz sərhədlərini qorumaq hüququnun olduğunu diqqətə çatdırıb.

Prezident Türkiyənin heç bir ölkə ilə düşmənçiliyinin olmadığını bildirib.

”Bizim hava məkanımızı qanunsuz olaraq daxil olan qırıcı təyyarəyə müxadilə etmişik. Naməlum təyyarəyə 5 dəqiqə ərzində 10 dəfə xəbərdarlıq olunsa da məhəl qoyulmayıb.Biz üzərimizə düşən vəzifəni yerinə yetirmişik. Heç kim bizim sərhədlərimizi poza bilməz”-deyə Türkiyə prezidenti vurğulayıb.

Qeyd edək ki, bu gün Türkiyə qırıcıları Suriya sərhədində Rusiya təyyarəsini vurub. Bu olaydan sonra iki ölkə arasında münasibətlər kəskin pisləşib. Rusiya prezidenti Vladimir Putin Türkiyənin bu addımını “kürəkdən vurulan zərbə” adlandıraraq Ankaranın cavab verməli olacağını bildirib.






Fikirlər