SARKİSYANIN BAŞINA DAŞ DÜŞDÜ - ŞOK

 

image here

...Ermənistan prezidenti Serj Sarkisyanın (köpəkoğlu bir suyumunda bizimkilərə yaman oxşayır, amma əməlində elə əsil ermənidir) iki gündür başına daş düşüb. Başqa sözlə, Azərbaycan Prezidenti İlham Əliyev dünən Prezident Sarayında Təhlükəsizlik Şurasının iclasında birmənalı olaraq dedi ki, "Əgər erməni əsgəri ölmək istəmirsə, Azərbaycan torpaqlarından rədd olmalıdır!".
Gün ərzində Ermənistana məxsus çoxsaylı saytlarda və Rusiyanın ermənipərəst saytlarında belə bir məzmunlu yazılara rast gəldim: "Ermənistan Müdafiə Nazirliyi Dağlıq Qarabağdakı son hadisələrlə bağlı "DQR"a hərbi yardımını edib, bölgəyə hərbi mütəxəssislər göndərilib..." və sair. Erməni prezident Ermənistanda oturub Azərbaycan ərazisinə burnunu soxur, sonra da deyir ki, Azərbaycanın daxili işlərinə qarışmırıq, Azərbaycandır atəşkəsi pozan...
*** 
...Bu gün sosial şəbəkələrdə Ermənistanın Katalikosunun Sarkisyanla bağlı yuxarıda təqdim edilən fotosu yayılıb. Katalikos əlini Sarkisyanın təpəsinə qoyub deyir: "Allah bu təpənə daş salsın!".
Amma Katalikos bilmir ki, Sarkisyanın başına 23 ildir daş düşüb... O vaxtan ki, o, əvvəlki prezident Koçaryanla birləşərək Rusiyanın küyünə getdi və Azərbaycanın ərazisinə soxuldu... Dünən isə Sarkisyanın başına ikinci dəfə yekə bir daş düşdü...
Dünya ictimaiyyəti bilir ki, Nyutonun başına altında oturduğu alma ağacından bir alma düşəndən sonra o, ümumdünya cazibə qanununu kəşf edib... Dünən Sarkisyanın başına Qarabağda yekə bir daş düşdü. Görəsən heç olmasa o, bu dəfə erməniləri saldığı özü kimi bu kor quyudan gec də olsa çıxarmağın yolunu tapa biləcəkmi???
Asif Mərzili






Fikirlər