Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin elektron poçtuna müraciət göndərib.
Müraciətdə deyilir:
“Cənab Ali Baş Komandan!
Mən və sədrlik etdiyim Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) çoxminli partiya üzvləri və təəssübkeşləri Silahlı Qüvvələrə səfərbər olmaga hazırıq. Sizin qətiyyətli addımlarınız, tutduğunuz mövqe, bacarıqlı siyasətiniz nəticəsində torpaqlarımız işğaldan azad ediləcək. Biz buna inanırıq! Bu səbəbdən də həmin prosesdə iştirak edərək, Azərbaycan Ordusu ilə çiyin-çiyinə döyüşmək əzmindəyik.
Cənab Prezident!
Biz Sizin əmrinizi gözləyir və hər an silaha sarılaraq, Qarabağ naminə mübarizə aparmağa hazırıq. Vətənin hər bir qarışı bizim üçün doğma və əzizdir!”