ELDAR MAHMUDOV AGIR yol qəzasında öldü

 Eldar Mahmudov ağır yol qəzasında öldü

Gəncədə iki nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib

Şəhərin Vəli Xuluflu küçəsində "VAZ 2106" markalı avtomobillə "Mercedes" markalı maşın toqquşub. 
VAZ-ın sürücüsü Eldar Mahmudov və sərnişini 58 yaşlı Fikrət Kərimov hadisə yerində dünyasını dəyişib. Digər sərnişin, 53 yaşlı İradə Həsənova isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti ağırdır.
Hadisə yerinə cəlb edilən FHN-in Gəncə Regional Bölməsinin xilasediciləri cəsədləri deformasiyaya uğramış avtomobildən çıxarırlar. (Kəpəz TV)

 






Fikirlər