Ramil Usubovdan yeni - TƏYİNATLAR

“Ramil Usubovdan yeni - Təyinatlar

Daxili işlər orqanlarında yeni təyinatlar olub.


AzerTaym.az  APA-ya istinadən məlumatına görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı müvafiq əmrlə Qəbələ rayon polis şöbəsinin rəis müavini Etibar Babayev tutduğu vəzifədən azad edilərək Qobustan Rayon Polis Şöbəsinin rəisi təyin edilib. Qobustan rayon Polis Şöbəsinin rəisi olmuş Eminağa Zeynalov təxminən bir ay əvvəl işdən çıxarılıb.

Qeyd edək ki, son günlər daxili işlər orqanlarında başqa təyinatlar da həyata keçirilib.

R. Usubovun imzaladığı müvafiq əmrlərlə Xaçmaz Rayon Polis Şöbəsinin rəis müavini Valik Vəlimətov tutduğu vəzifədən azad edilərək Siyəzən Rayon Polis Şöbəsinin rəisi, Siyəzən Rayon Polis Şöbəsinin rəisi Sənan Əsədov isə tutduğu vəzifədən azad edilərək Göyçay Rayon Polis Şöbəsinin rəisi, Göyçay Rayon Polis Şöbəsinin rəisi İslam Hümbətov isə Lənkəran Rayon Polis Şöbəsinin rəisi, Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin rəisi Vüsal Qaraşov tutduğu vəzifədən azad edilərək Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinin rəisi təyin ediliblər. 29-cu Polis Bölməsinin rəisi Faiq Hüseynov isə sərəncama götürülüb.






Fikirlər

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi