“AzPolitika”çılar üçün şad gün - 5 YAŞ

Bu gün "AzPolitika.info” saytının fəaliyyətə başlamasından 5 il ötür. 

AzerTaym.az xəbər verir ki, saytın ilk buraxılışı 5 il əvvəl bu günə – 5 aprel 2012-ci il tarixə təsadüf edib.
5 il ərzində, imkanların məhdud olmasına baxmayaraq, "AzPolitika” ölkənin ən çox oxunan, izlənən saytları arasında öz layiqli yerini tutmağı bacarıb. Kənar müşahidəçilərin fikrincə, "AzPolitika” hazırda Azərbaycanın ən populyar saytları sırasında ilk onluqda təmsil olunur. Fəaliyyət göstərdiyi illər ərzində "AzPolitika” özünün ciddi mövzuları əhatə edən informasiya siyasətini davam etdirib. 
Sayt hazırda günlük 25-30 min İP, aylıq 200 mindən artıq unikal İP, 2 milyondan artıq səhifələnmə, saytda orta qalma müddəti 6 dəqiqədən artıq təşkil etməklə, Azərbaycan reallıqları üçün normal hesab olunan nəticələr əldə edib. 
"AzPolitika”nın ən mühüm özəlliklərindən biri saytda "Şərh” bölümünün işlək vəziyyətdə olmasıdır. Gün ərzində "AzPolitika”nın oxucuları xəbərlərin, məqalələrin aşağı hissəsində heç bir senzuraya məruz qalmadan yüzlərlə şərh yerləşdirir. 
 AzerTaym.az  kollektivi "AzPolitika.info” rəhbərliyini və əməkdaşlarını özəl gün münasibətilə təbrik edir, bol-bol özəl xəbərlər arzulayır.

 






Fikirlər