Dünya şöhrətli alim Qərb Universitetində mühazirələr DEYƏCƏK

Dünya şöhrətli riyaziyyatçı alim, fizika-riyaziyyat elmlər doktoru, professor Məsud Əfəndiyev  Qərb Universitetində mühazirələr deyəcək.

Bunu jurnalistlərə açıqlamasında M.Əfəndiyev bildirib.  Professor deyib ki, onun Qərb Universiteti ilə çoxspektrli əməkdaşlığı nəzərdə tutulur və bu əməkdaşlıq çərçivəsində tələbə və müəllimlər üçün mühazirələrlə yanaşı, universitet tələbələrinin Almaniyanın və Avropanın digər ölkələrində uzun və qısamüddətli təhsil proqramlarında iştirakına dəstək göstəriləcək.

 Məlumat üçün bildirək ki, M.Əfəndiyev dünyanın bir çox aparıcı universitetlərində mühazirələrlə çıxış edir. Azərbaycanlı alim dünya elmində ən yüksək təltiflərdən («kiçik Nobel mükafatı») sayılan“Aleksander fon Humboldt” mükafatının ilk azərbaycanlı laureatıdır.

 Qeyd edək ki, bir neçə gün öncə professor Qərb Universitetində “Universitetlərin inkişaf strategiyasında beynəlxalq əməkdaşlığın rolu” mövzusunda  mühazirə ilə çıxış edib,  daha sonra ona universitetin “Fəxri Professoru” diplomu təqdim olunub.

 AzerTaym.az






Fikirlər