Aqil Abbas söyüş söyənlərə: “Getsinlər, Mirzə Cəlili oxusunlar” - QALMAQAL

Milli Məclisin deputatı Aqil Abbasın benzinin qiymətinin bahalaşmasına münasibət bildirməsi birmənalı qarşılanmayıb.

Bu dəfə də deputtaın açıqlamasını düzgün anlamayanlar sosial şəbəkələrdə Aqil Abbası “söz atəşi”nə tutublar. Hətta bəziləri əndazəni aşaraq, deputatı kobud sözlərlə təhqir etməkdən belə, çəkinməyib.

Xatırladaq ki, Aqil Abbas məsələyə münasibət bildirərkən deyib:

Benzinin qiymətinin qalxmasını böyük sevinclə qarşıladım. Millətimizi təbrik edirəm. Bu xoşbəxtliyi bizə yaşatdığına görə müvafiq qurumlara da təşəkkürümü çatdırıram. Azərbaycanda benzinin qiyməti 2 manat olmalıdır. Dünyanın digər ölkələri ilə müqayisədə Azərbaycanda benzinin qiyməti çox ucuzdur. Azərbaycan xalqı bütün günü bayram edir. Benzinin qiyməti 3-4 manat olsa belə, bu, xalqın yaşayışına mənfi təsir göstərməz. Vətəndaşlara da məsləhətim odur ki, 15 iyul tarixini xüsusi gün kimi qeyd eləsinlər. Bir də ona sevinirəm ki, benzinin qiymətinin qalxması ilə `Neftçi` də çempionluğunu qeyd edər”.

Məsələyə yenidən qayıtmaq istəməyən Aqil Abbas onu söyüb-təhqir edənlərər də cavab vermək niyyətinin olmadığını bildirib. Deputat Modern.az-a açıqlamasında artıq danışmaq istəmədiyini deyib.

“Benzinin qiymətinin qalxması haqqında o gün münasibət bildirmişəm. Mənim bu fikirlərim cəmiyyətdə necə qarşılanır, qarşılansın. Sadəcə bunu əlavə etmək istəyirəm ki, o adamlar gedib Mirzə Cəlili oxusunlar. Onda mənim nə demək istədiyimi başa düşəcəklər”.






Fikirlər

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi