Azər Qasımlı istefa verdi -"Mən belə bir partiyada QALA BİLMƏRƏM"

Image result for azər qasımlı"

REAL Partiyasının Məclis sədri Azər Qasımlı bu gün keçirdiyi brifinqdə partiyanın qurultayı ilə bağlı münasibətini açıqlayıb.

O həmçinin növbədənkənar qurultay qərarı verilənə qədər baş verən proseslərdən danışıb. O bildirib ki, partiyanın sədri İlqar Məmmədovun yeniləşmə ilə bağlı təklifləri geniş müzakirəyə səbəb olub. Lakin Azər Qasımlı bu dəyişikliklərin heç də yaxşı perspektiv vəd etmədiyini vurğulayıb. "Həmin təkliflər REAL Partiyasının hazırkı ruhu ilə uyğun gəlmir. Mənə görə, bu dəyişikliklər partiyanı Kommunist Partiyasına çevirəcək. Təbii ki, belə vəziyyətdə mən həmin partiyada qala bilmərəm". 

Azər Qasımlı sədr İlqar Məmmədovun təklifləri ilə bağlı bir sıra başqa tənqidi fikirlər səsləndirib. Hətta onun bəzi proqnozlarını absurd belə adlandırıb. "İlqar Məmmədov deyir ki, parlament seçkilərinə qədər hakimiyyət referendum keçirə bilər. Mən bu məlumatın onda haradan olduğunu bilmirəm. Bunu absurd hesab edirəm. Hakimiyyətin hansı zərurətdən referendum keçirəcəyi maraqlıdır. Bunun üçün heç bir zəmin və əsas olduğunu da görmürəm". 

Məclis sədri bildirib ki, İlqar Məmmədovun irəli sürdüyü təkliflər gözəl sözlərdən ibarətdir, lakin həmin sözlərin arxasında heç də xoş olmayan mənzərə dayanır. "Hitler də gözəl vədlər verib, totalitar bir sistem qurdu. Kommunistlər də hər şeyin gözəl olacağaı vədini verib, despot hakimiyyət formalaşdırdılar. İlqar Məmmədovun söylədiyi gözəl sözlərin də arxasında bu dayanır".

Azər Qasımlı sonda REAL Partiyasından deyil, İlqar Məmmədovun partiyasından getdiyini bəyan edib. "Mən belə bir partiyada qala bilmərəm. Siyasətdən getmirəm, siyasi mövqeyimi dəyişməmişəm, amma REAL-dan getməliyəm. Mən totalitar sistem qurulacaq bir strukturda qala bilmərəm. Ona görə də, istefa verirəm".  

"AzerTaym.az"






Fikirlər