"KİVDF islahatlardan kənarda qalmamalıdır" – Tanınmış jurnalist

“İslahat dalğası mətbuata da çatmalı, mətbu vitrin ən qısa zamanda yenilənməlidir”.

  "AzerTaym.az" bildirir ki, bu sözləri Modern.az saytına açıqlamasında Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə deyib.

 Təşkilat rəhbəri bildirib ki, mətbuatın vitrinində ləyaqətli jurnalistlər təmsil olunmalıdır:

 “Media sahəsinə ləkə olan, öz mövcudluğu ilə bu sektoru zibilləyən adamlardan qurtulmağın vaxtı çatıb. Sözün nazını çəkən, jurnalist etikasını şəxsi mənafeyindən üstün tutan qələm adamlarına meydan verilməlidir.

 Hesab edirəm ki, KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu islahatlardan kənarda qalmamalıdır. Bu qurumda da struktur və kadr islahatları aparılmalıdır. Jurnalisti məmurlara yaltaqlanmağa vadar edən zehniyyətdən birdəfəlik xilas olmalıyıq. KİV Fondu sözdə deyil, əməldə mətbuata dəstək olmalıdır. Bu qurum üçün xarakterik olan dostbazlıq, yerlibazlıq, qohumbazlıq kimi xəstəlikləri müalicə etməyin vaxtıdır. Yekəxana, təkəbbürlü adamlar Prezidentin çağırışına səs verib, tutduqları postlarla könüllü şəkildə vidalaşmalıdırlar”.






Fikirlər