HƏSƏN KƏRİMOV dəfn edildi – FOTOLAR

 

hesen-kerimov-vefat

 

 

 

 

 

AXCP Ali Məclisinin sədri Həsən Kərimov 61 yaşında vəfat edib. O bu gün Yeni Günəşli qəbrstanlığında dəfn olunub
Həsən Kərimov son illər ürək xəstəliyindən əziyyət çəkirdi. O, 2009-cu ilin iyununda iki oğlunu – İftixar və Rəşad Kərimovları itirib. Hər iki oğlu infarktdan dünyasını dəyişib. Belə ki, İfixar Kərimov vəfat etdikdən sonra Rəşad Kərimovun itkin düşdüyü xəbəri yayılıb. Sonradan Rəşad Kərimovun vəfat etdiyi və şəxsiyyətinin müəyyənləşdirilməsi mümkün olmadığından naməlum şəxs kimi dəfn edildiyi məlum olub.
Həsən Kərimov Əbülfəz Elçibəyin prezidentliyi dövründə – 1992-1993-cü illərdə Bakının Səbael rayon İcra Hakimiyyətinin başçısı olub.

 

 

 






Fikirlər