Nazir Heydər Əsədov maşınsız qaldı: "QƏZAYA DÜŞDÜ" - FOTOLAR

 

  "AzerTaym.az" xəbər verir ki, APA-nın hadisə yerində olan əməkdaşının məlumatına görə, hadisə Hökumət Evinin qarşısında qeydə alınıb. BMW markalı, 10 AA 209 dövlət nömrə nişanlı maşın “Chery Tiggo” markalı, 99 GJ 986 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Qəza nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ziyan dəyib.

Qəzaya düşən BMW markalı, 10 AA 209 dövlət nömrə nişanlı maşın kənd təsərrüfatı naziri Heydər Əsədovun xidməti avtomobilidir. Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev APA-ya faktı təsdiq edərək bildirib ki, hadisə baş verən vaxt nazir maşında olmayıb.

Qəza nəticəsində heç kim xəsarət almayıb, avtomobilə ziyan dəyib. M. Hacıyev yol polisinin hadisə ilə bağlı araşdırma apardığını da qeyd edib.

 

heydər2.jpg

heydə1.jpg

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 






Fikirlər