ƏLİXAN Musayevin gizli səs yazısı yayıldı: adamları SURİYADA cihada çağırır (AUDİO)

Əlixan Musayevin gizli səs yazısı yayıldı: adamları Suriyada cihada çağırır (AUDİO)

Azərbaycanda radikalların lideri kimi tanınmış Əlixan Musayevin gizli səs yazısı yayılıb. Səs Azərbaycanın rayonlarının birində yazılıb. O, rayonları gəzərək, dindarları Suriyada cihada qatılmağa dəvət edir.

 
Əlixan Musayevin sayəsində 500 dən çox Azərbaycanlı Suriyada "İŞİD" tərkibində döyüşlərə qatılıb. Onlardan hanısının İŞİD tərəfindən kamikadze hazırlandığını heç kim bilmir.
Əlixan Musayevin dindarları Suriyada cihada çağırışına qarşı heç bir tədbir görülmürdü.Çünki sabiq nazir Eldar Mahmudovun adamları buna şərait yaradırdı.
Xatırladaq ki, yerli mediada yazılanlara görə, Musayev Əlixan Zakir oğlu bir müddət "Əbu bəkr” məscidinin axundu Qamət Süleymanovun müavini olub və vəhabiliyin radikal fikirlərini təbliğ etdiyinə görə məsciddən qovulub. Daha sonra Türkiyə "Hizbullah"ı ilə əlaqədə ittiham olunan Əlixan Musayev hazırda Azərbaycanda olan radikal cihadçı qrupların ideoloji lideri sayılır. Suriyada döyüşən azərbaycanlı vəhabilərin onun xeyir-duasını aldıqları iddia olunur.
 
 

 






Fikirlər