"Avtovağzal ərazisində bərkitmə işləri yekunlaşıb" - AÇIQLAMA

"Avtovağzal ərazisində bərkitmə işləri yekunlaşıb" - AÇIQLAMA

Beynəlxalq Avtovağzal kompleksi ərazisində baş vermiş sürüşmə zonasında bərkitmə işləri tam olaraq yekunlaşdırılıb.

Bu haqda “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən Modern.az saytına verilən məlumatda bildirilib. Bildirilib ki, hazırda avtobusların dayanacağının yerləşdiyi və təqribən 250 metr uzunluğunda ola köməkçi yolun bərpası istiqamətində addımlar atılır. Yolun zəruri olan yerlərində yararsız qrunt qazılaraq çıxarılıb. Daha sonra karbonat materialı tökülərək kipləşdirilib. Hazırda yolun köhnə asfalt-beton örtüyünün üst qatı frez maşınları vasitəsilə ilə qaşınaraq ərazidən daşınır, əlavə bərkitmə işləri görülərək yol asfaltlanması üçün hazır vəziyyətə gətirilir. Yaxın günlər ərzində asfaltlanma işləri yekunlaşdırılacaq və yolda hərəkət bərpa olunacaq. Qeyd edək ki, sürüşmə baş vermiş yamacda aprılmış bərkitmə işləri zamanı yuxarı hissədə16 metr uzunluğunda və 7 metr hündürlükdə 5 ədəd istinad divarı inşa edilib. Divarlarda ankerləmə işləri aparılıb. Yəni divar deşilib, ora xüsusi troslar vurulub, dartılaraq gərginləşdirilib və sementasiya olunub. Ərazidə yerləşən avtobus dayanacağının qarşısından keçən köməkçi yol boyu və əsas yolun kənarlarında ineksiya işləri görülüb. Yer bir-neçə yerdən 20-30 metr dərinlikdə deşilib, ora beton məhlul tökülüb. Bundan başqa mövcud istinad divarı ilə köməkçi yol üzərində yerləşən istinad divarı arasındakı ərazidə 1200 millimetr diametrində və 33,5 metr dərinlikdə 50 ədəd svay vurulub. Yamacın aşağı hissəsinin bərkidilməsi istiqamətində də işlər aparılıb. Belə ki, 16 metr uzunluğunda və 8 seksiyadan ibarət istinad divarları inşa edilib. Buna paralel olaraq ərazidə aparılan svay vurma işləri aparılıb.

Ümumilikdə, əraziyə 96 ədəd svay vurulub.

 

 






Fikirlər