30.06.2014.- İldırım Yevlaxda dəhşət törətdi - ÖZƏL - VİDEO

30.06.2014.- İldırım Yevlaxda dəhşət törətdi - ÖZƏL - VİDEO İldırım çaxması nəticəsində bir nəfərin 13 baş camışı məhv olub.
Qarabağ bölgəsindən verilən məlumata görə, hadisə dünən saat 14 radələrində Yevlax rayonu Kövər kəndi ərazisində qeydə alınıb. Belə ki, günorta saatlarında qəfil havanın dəyişməsi ilə qısa müddətli yağış yağıb və güclü ildiırım çaxması müşahidə edilib.


İldırım Kövər kənd sakini Nəbiyev Fikrət Mütəllim oğluna məxsus “Yaylaq” kəndli fermer təsərrüfatının ərazisini vurub. İldırım vurması nəticəsində təsərrüfata məxsusu 13 baş camış tələf olub. İldırım camışları sahədə söyüd ağacının kölgəsində suda yatılı vəziyyətdə vurub. Şimşəyin təsirindən söyüd ağacı paralanıb. Suda yatan camışlardan 13-ü isə elə yerindəcə tələf olub.

Təsərrüfat rəhbəri Nəbiyev Fikrət Mütəllim oğlunun bildirdiyinə görə, ölmüş camışlardan 6-sı ana, 1-i törədici buğa, 6-sı isə camış düyəsi olub. Dərhal hadisə yerinə Yevlax rayon baytarlıq xidmətinin əməkdaşları baxış keçirib. Heyvanların cəsədləri baytarlıq xidmətinin əməkdaşlarının məsləhəti ilə sudan çıxarılaraq basdırılıb.
Təsərrüfat sahibinin bildirdiyinə görə, təbii fəlakət nəticəsində on 15 min manata yaxın ziyan dəyib.



HAZIRLADI:Hikmət Qədirli.






Fikirlər