05.09.2014- Tanınmış həkim vəfat etdi

05.09.2014- Tanınmış həkim vəfat etdiBu gun hamimizin sevimlisi, uzun illər ekranlardan bizə sağlam həyat sevdirən, pozitivliyin nə olduğunu bilmədiyimiz vaxtlarda hazırladığı verilişlə evlərimizə pozitivlik gətirən həkim Əlfəddin Abdullayev 85 yaşında rəhmətə gedib.

Bu barədə tanınmış jurnalist İlhamiyyə Rza öz “Facebook” səhifəsində yazıb: “Ekranda simasını görən kimi üzümüzdə təbəssüm yaranırdı, hamı onu məşhur komediya aktyoru Lui de Fyunese bənzədirdi. Amma bu tək zahiri bənzərti deyildi.
Əlfəddin doktor (onu məhz belə çağırırdı hamı) eləbir komediya ustası qədər pozitiv, müsbət və dərin insan idi. İstənilən sağlamlıq məsləhətini onlarla atalar sözləri, zərb məsəllərlə müşaiətedərdi.
Onun verdiyi məsləhətlərinarxasından bir xeyirxahlıq, həqiqətən də bizim sağlam olmağımız istəyi aydınhiss olunurdu. Tanıyanlar onun nurlu və gülər üzünü hələ çox xatırlayacaqlar. Vaxtilə Alis Sovetin deputatı olub, 29 il 4 saylı Şəhər Xəstəxanasının baş həkimi olaraq çalışıb, uzunillər sağlamlıq verilişləri hazırlayıb, amma nə yazıq ki, əməkdar həkim adına belə layiq görülməyib. Səbəb heç vaxt ad san arxasınca düşməməsi idi.
Vaxtilə ABA kanalında çalışdığım zaman, Əlfəddin doktor da orda veriliş aparırdı. Hamımız onu istər ekranda, istərsə də ABA dəhlizlərində rastlaşanda heyranlıqla, sevgiylə izləyərdik... Bu günsə, onun dünyasını dəyişməsi barədə heç yerdə məlumata rast qəlmədim...
Məhrum bu gün Oğuzun Qumlaq kəndində torpağa tapşırılıb.
Onun bu deymi isə xüsusilə yadda qalıb: “Sağlamsansa, xoşbəxtsən, borcun yoxdursa, varlısan”.


"AzerTaym.az"-da Ə. Abdullayevin dünyadan getməsilə bağlı mərhum həkimin ailəsinə başsağlığı verir.

Allah rəhmət eləsin!






Fikirlər