Federasiya prezidentinin qardaşı həlak oldu

Federasiya prezidentinin qardaşı həlak olduAzərbaycan Alpinizm Federasiyasının prezidenti İsrafil Aşurlunun qardaşı Murad Aşurlu bu gün Himalay dağlarında faciləvi şəkildə həlak olub.

Virtualaz.org saytı xəbər verir ki, bu haqda Nepal KİV-ləri məlumat yayıb.

Məlumatda deyilir ki, Murad Aşurlu Himalay dağlarında alpinistlər arasında populyar olan, 6856 metr hündürlüyə malik Ama Dablam dağlarından enərkən qəzaya uğrayıb.

Murad Aşurlu bu dağdan yıxılıb

“Bu gün dağdan enərkən alpinistlərdən biri xəbərsiz itkin düşüb. O, 42 yaşlı azərbaycanlı Murad Aşurludur” - deyə Nepal KİV-ləri xəbər verir.

Bildirilir ki, “7 zirvə” kommersiya ekspedisiya qrupuna daxil olan Murad Aşurlu 8 digər alpinistlə birlikdə Ama Dablam dağının zirvəsinə uğurla qalxıb. Lakin geri qayıdanda faciləvi hadisə baş verib.

Xəbərdə deyilir ki, Muradın qardaşı, Azərbaycan Alpinizm Federasiyasının prezidenti İsrafil Aşurlu təcili olaraq Nepala uçub.

Murad Aşurlu Everest zirvəsində. 2013-cü ilin mayı
Federasiya prezidentinin qardaşı həlak oldu

2013-cü il, mayın 19-da planetin ən yüksək nöqtəsində - Everest zirvəsində (8848 metr) üçüncü dəfə Azərbaycanın bayrağı qaldırılmışdı. Bu, “7 zirvə” beynəlxalq ekspedisiyanın tərkibində olan həmyerlimiz Murad Aşurluya nəsib olmuşu. Ümumən Everestdə Azərbaycanın bayrağı ilk dəfə 1999-cu ildə, ikinci dəfə isə 2007-ci ildə qaldırılıb.

42 yaşlı Murad Aşurlu Moskvada ali təhsil almışdı. O, son illər ABŞ-da aparıcı telekommunikasiya şirkətlərindən birinin top-meneceri vəzifəsində çalışırdı.






Fikirlər