Həftənin ilk iş gününə olan hava proqnozu...

Həftənin ilk iş gününə olan hava proqnozu...İyunun 8-də Bakıda və Abşeron yarımadasında gün ərzində havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ən son verilən məlumata görə, gündüz cənub küləyi əsəcək. Havanın temperaturu gecə 18-21° isti, gündüz 24-28° isti olacaq.

Dəniz suyunun temperaturunun Abşeron çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 19-20°, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 19-20°, Türkan, Hövsan, Şıx, Sahildə 20-21° isti olacağı ehtimal edilir.






Fikirlər