Erməni məhsulu Azərbaycan mağazalarında

Məhsullar ölkəmizdəki mağazaların əksəriyyətində satılır.
Erməni məhsulu Azərbaycan mağazalarında
Azərbaycanda üzərində erməni dilində yazı olan qida məhsulları satılır.

Bakıda mağazalara Lozov şirkətindən üzərindəki məlumatların erməni dilində olduğu qatılaşdırılmış süd məhsulları daxil olub.

Qeyd edək ki, qatılaşdırılmış südün üzərində istehsalçının adı, əlaqə məlumatı, məhsulun adı, istehlak xüsusiyyətləri, hazırlanma və qablaşdırılma tarixi, yararlılıq müddəti və sair məlumatlar erməni dilində təqdim olunub.

Bu məhsulun qablaşdırmasının üzərində Azərbaycan dilində yazı olsa da, o, həmin məhsulda ən aşağıda – erməni, gürcü və ingilis dillərindəki məlumatdan sonra yerləşdirilib.

Belə təəssürat yaranır ki, qatılaşdırılmış süd əvvəlcədən erməni bazarında satış üçün nəzərdə tutulubmuş. Yerli mağazalar heç bir narahatlıq olmadan bu məhsulu satışa çıxarırlar. Bəlkə də, tədarükçülər bu məsələdə heç bir problem görmürlər.

Xatırladaq ki, Ukraynada, Xarkov vilayətinin Lozovaya şəhərində istehsal olunan qatılaşdırılmış süd ölkəmizin bir çox mağazalarında satılır.






Fikirlər