Bərdədə zibillə bağlı yayılan video TƏNQİD edildi
Ötən gün Bərdə rayonunda yerləşən küçələrin birindən zibillərin əllə yığılmasıyla bağlı görüntü sosial şəbəkələrdə müzakirəyə səbəb olub. “AzerTaym.az" bildirir ki, Üzeyir Hacıbəyov 33 ünvanından paylaşılan görüntüdə bildirilir ki, rayonda zibilyığan maşın olmadığına görə zibillər əllə yığılır və yük maşınına atılır. Bu isə sanitar-gigiyenik qaydaların pozulmasına gətirib çıxarır. Yerə tökülmüş zibillərin yığılma prosesində qadınlar və kişilər iştirak edir. Videoda qeyd edilir ki, zibillərin daşınması üçün istifadə edilən yük maşını belə istismar müddətini başa vurub. Hazırda Bərdə rayonunda da sərt karantin rejimi tətbiq olunur. Belə bir vəziyyətdə müvafiq strukturların anti-sanitar vəziyyətlə bağlı tədbir görməməsi tənqid edilib. Məsələylə bağlı Bərdə Rayon İcra Hakimiyyətinə sorğu göndərdik, qurumdan görüntülərə baxılıb qiymət veriləcəyi deyilsə də, cavab verilməyib.