Bərdə -Tərtər yolunda faciə: 1 ölü

Bərdə -Tərtər yolunda faciə: 1 ölüZümürxaş kəndi ərazisində ağır yol qəzası baş verib.

Bərdə -Tərtər yolunun 5-ci km-də Bərdənin Zümürxaş kəndi ərazisində ağır yol qəzası baş verib. Kənd sakini Zabil Əhmədovu yolla hərkətdə olan Tərtər rayon sakini İlqar Hümbətovun idarə etdiyi «BMW» markalı avtomobil vurub.
Hadisə şahidlərinin sözlərinə görə, Zabil Əhmədov idarə etdiyi “VAZ-2106” markalı avtomobili kənarda saxlayaraq yolu keçmək istəyərkən maşının açarları yerə düşüb. Açarları götürmək üçün geri qayıdan zaman BMW ona çırpılıb. Xəsarət alan 46 yaşlı Zabil Əhmədov Bərdə MRX-na çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. «BMW»-nin sürücüsü 25 yaşlı İlqar Hümbətov artıq polis tərəfindən saxlanılıb.

Hadisənin baş verdiyi ərazidə piyada keçidi də var. Hələlik Zabir Əhmədovun yolu keçərkən piyada keçidindən istifadə edib-etmədiyi məlum deyil. Hadisə yerində Bərdə rayon prokurorluğunun və polis şöbəsinin əməkdaşları araşdırma aparır. Hadisənin dəqiq səbəbləri də araşdırmalardan sonra məlum olacaq.

(anspress)


Bərdə -Tərtər yolunda faciə: 1 ölü
Bərdə -Tərtər yolunda faciə: 1 ölü






Fikirlər