Ermənilərdən həyəcanlı açıqlama: Azərbaycan ordusu təkcə şimal və cənubda deyil…

Ermənilərdən həyəcanlı açıqlama: Azərbaycan ordusu təkcə şimal və cənubda deyil…

Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Ovannisyan keçirdiyi brifinqdə bildirib ki, Qarabağda döyüşlər təkcə şimal və cənub istiqamətində deyil, mərkəzi istiqamətdə də aparılır. 

Bu barədə “Sputnik Armeniya” məlumat yayıb. Ovannisyanın sözlərinə görə, şimal istiqamətində döyüşlər zamanı Azərbaycan HHQ-nin aviasiyası işə salınıb.

O, həmçinin bildirib ki, mərkəzi istiqamətdə Azərbaycanın ordusunun bölmələri erməni mövqelərinin dərinliklərinə nüfuz edib.

Cənub istiqamətində də döyüşlər davam edir.






Fikirlər