Runi dünyanın ən yüksək ödənişli futbolçusu ola BİLƏR

runi

İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Ueyn Runi karyerasını Çində davam etdirə bilər. “Report”un “The Sun”a istinadən verdiyi məlumata görə, adı açıqlanmayan Çin klubu 31 yaşlı hücumçunun xidmətində maraqlıdır.

Runi təklifi qəbul edəcəyi təqdirdə, qonşu qitədə həftəsinə təxminən 1.15 milyon avro qazanacaq. Futbolçunun indiki gəliri həftədə 345 min avro civarındadır. Tərəflər arasında danışıqlar müsbət nəticələnsə, Runi mövsümün sonunda Çinə üz tutacaq. Bu halda o, dünyanın ən yüksək ödənişli futbolçusu olacaq və həftəsinə 710 min avro qazanan Karlos Tevesi qabaqlayacaq.

Qeyd edək ki, Ueyn Runi 2004-cü ildən “Mançester Yunayted”də çıxış edir. Cari mövsümdə o, Premyer Liqada 16 oyunda 2 qol vurub və 4 qol ötürməsi edib.






Fikirlər