Hamilə tennisçinin bu görüntüsü olay oldu - FOTO

Hamiləliyin son aylarını yaşayan məşhur tennisçi Serena Uilyams “Vanity Fair” adlı jurnalın üz qabığı üçün kamera qarşısına keçib.

Tennisçinin çılpaq fotos jurnalın daimi oxucularının təəccübünə səbəb olub.

Tanınmış fotoqraf Enn Leybovitsin müəllifi olduğu bu fotoda Serena əli ilə sinəsini gizlədən və sadəcə, belində zənciri olan dağınıq saçlı qadın idmançı obrazını canlandırıb.

Qeyd edək ki, uşağın atası məşhur sosial xəbər saytı olan reddit.com-un rəhbəri Aleksis Uilyamsdır. Həkimlərin dediyinə görə, cütlük yayın son günləri valideyn olacaq.

AzerTaym.az

 






Fikirlər