Azarkeşlər qapıçını döydülər

Azarkeşlər qapıçını döydülərBraziliyanın “Flamenqo” futbol klubunun azarkeşləri “Makae” komandasının qapıçısına hücum ediblər.

ANS-in məlumatına görə, “Flamenqo”nun onlarla azarkeşi “Makae” oyunçularının soyunub-geyinmə otağına girib qapıçı Rikardo Bernanı döyüblər.


Bundan sonra onlar futbolçuların butsilərini və başqa əşyalarını, onların yeməklərini götürüb gediblər. Bernanın çənəsi parçalansa da o, oyuna çıxıb.
Fasilə vaxtı polis iki şübhəlini saxlayıb. Lakin Berna onları tanıya bilməyib.
Keçən şənbə günü keçirilən oyun isə 1:1 hesabı ilə bitib.

Qeyd edək ki, bundan əvvəl Rikardo Berna “Flamenqo”nun rəqibi “Fluminense” komandasında oynayıb. Qapıçı “Makae”yə bu ilin əvvəlində keçib.






Fikirlər