Millimizdən rüsvayçı məğlubiyyət – Video

Millimizdən rüsvayçı məğlubiyyət – VideoAzərbaycan millisi Serbiya ilə yoxlama oyununda qüvvəsini sınayıb.

"AzerTaym.az" bildirir ki, Axar.az-ın məlumatına görə, Robert Prosineçkinin komandası 1:4 hesabı ilə məğlub olub.
Xorvat məşqçi meydana buraxdığı heyətdə güclü hücumçuya yer verməyib. Yeganə qolu isə bolqar Dmitri Nazarov rəqibin qapısından keçirib.

İyunun 12-də yığmamız Avro-2016-nın seçmə mərhələsində səfərdə Norveçin qonağı olacaq. Azərbaycan bu əsas heyətlə çıxış edəcək: 1. Kamran Ağayev, 3. Məhəmməd Mirzəbəyov, 9. Məhəmməd Qurbanov, 11. Ruslan Qurbanov, 13. Dmitri Nazarov, 14. Rəşad Sadıqov, 15. Ruslan Abışov, 16. Cavid Hüseynov, 19. Rahid Əmirquliyev, 21. Arif Daşdəmirov, 22. Əfran İsmayılov.






Fikirlər